“Səbail”in yubiley sevinci

Premyer liqanın yeni mövsümünə qələbə ilə başlayan “Səbail” yubiley uğuruna yetişib. Allsport.az saytı xəbər verir ki, “ASCO arena”da “Zirə” üzərində sevinc (1:0) yüksək dəstədə 10-cu ev qələbəsi olub. 2017/18 mövsümündə debüt edən bakılılar həmin vaxt 4, növbəti çempionatda 5 dəfə öz meydanında qalib gəliblər.

Yubiley qələbəsi “Səbail”in 29-cu ev qarşılaşmasına təsadüf edib. Çempionatlar tarixində 10 və daha çox qələbə qazanan 45-ci komanda olan “dənizçilər”, bu göstəricidə “Ümid”ə (Cəlilabad) çatıb. Bakılılar ilk uğurunu 2017-ci il avqustun 19-da “Neftçi” ilə matçda əldə etmişdilər – 1:0.

Premyer liqada ən çox ev qələbəsi qazanan komanda “Qarabağ”dır – 258.

Həmin kateqoriyadan