Səbinə Əzimova Azərbaycan kubokuna sahib çıxıb

Şüvəlan qəsəbəsində Ağr Atletika Akademiyasının yarış zalında Azərbaycan kuboku başlayıb. Allsport.az saytı xəbər verir ki, körpücük üzərinə ilk qadınlar çıxıb. Onlar arasında Sinkleyr cədvəli üzrə mütləq qaliblər müəyyən edilib.

Qızıl medalı toplam 169 kq (75+94) və 248.83 xalla Səbinə Əzimova qazanıb. 2-ci pilləni 180 kq (80+100) və 237.75 xalla İbrahimova Firuzə, 3-cü yeriə 156 kq (70+86) nəticə və 224.84 xalla Əlizadə Gülçin tutublar.

 

Həmin kateqoriyadan