Səbinə Əzimova növbəti hədəfini açıqlayıb

Qadın ağırlıqqaldıranların ölkə çempionatında Sinkleyr cədvəlinə əsasən rəqabətdə 1-ci yeri bu dəfə də Səbinə Əzimova tutub. Allsport.az saytı xəbər verir ki, o, toplam 154 kq (67+87) nəticə göstərib və 231.6 xal qazanıb. Gənc idmançının növbəti hədəfi öz yaş qrupunda Avropa birinciliyində qalib gəlməkdir:

“Yarışda ilk pillənin sahibi oldum, 2-ci və 3-cü yerə çıxan rəqiblərimə qarşıdakı yarışlarda bol uğurlar arzu edirəm, öz məşqçilərimə isə təşəkkürümü bildirirəm. Bizi gənclər arasında Avropa çempionatı var və ən böyük arzum da həmin çempionatda qızıl medalı qazanmağımdır”.

Həmin kateqoriyadan