Səbinə Əzimova yenə fərqləndi

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənc qızların Azərbaycan birinciliyində  qaliblər bilinib.

Allsport.az saytı xəbər verir ki, yaşı 20-yə qədər olanların mübarizəsində qızıl medalı toplam 170 kq (70+100) nəticə və 246.30 xalla Səbinə Əzimova qazanıb. Anna Opanasyuk 2-ci, Fidan Abdurrəhmanova 3-cü yer tutub.

Yaşı 23-ə qədər olan gənc ağılıqqaldıranların rəqabətində fəxri kürsünün ən yüksək pilləsinə toplam 177 kq (82+95) nəticə və 236.88 xalla Firuzə İbrahimova yüksəlib. Mərziyyə Məhərrəmova 2-ci, Günel Vəliyeva 3-cü olublar.

Həmin kateqoriyadan