Səbinə Əzimova yenidən dünya çempionudur!

AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” Beynəlxalq İdman Klubunun filialları arasında 2-ci dünya çempionatı başlayıb. Allsport.az xəbər verir ki, Azərbaycanla birlikdə 12 ölkədən gələn atletlərin qatıldığı yarışda körpücük üzərinə ilk olaraq yaşı 17-yə qədər olan qızlar çıxıblar.

Qızıl medal uğrunda maraqlı mübarizə getdi. Ukraynalı, bolqar və azərbaycanlı qızların yarışında həmyerlimiz Səbinə Əzimova qalib çıxdı. “Lənkəran-Zirvə” atleti toplamda 151 kq (68+83) nəticə ilə Sinkleyr cədvəlində 240.2 xal qazandı və bütün rəqiblərini üstələyərək qalib adına sahib çıxdı. O, artıq klubun ikiqat çempionudur.

Gümüş medal yarışların debütantı Yelizaveta Baranovaya qismət oldu. “Jidaçiv-Zirvə” atleti 202 kq (92+110) nəticə ilə 229.0 xalla ikinci yerə çıxdı.

Bürünc medal isə yarışların son qalibi Qalya Şatovanın adına yazıldı. O, 156 kq (76+80) nəticə ilə aktivinə 227.0 sinkleyr xalı yazaraq fəxri kürsünün son pilləsinə qalxdı.

Həmin kateqoriyadan