Səbinə Babayeva: “Qarabağ”ın digər güclü klublara da qalib gələcəyinə inanıram

Həftə sonu “ABU arena”da həndbol üzrə 25-ci ölkə çempionatı start götürdü. İlk dəfə qadınlar rəqabətə 6 komanda ilə başladı. Üstəlik, əvvəlki illərdən fərqli, mübarizəyə xeyli legionçunun qatılması gərginlik və həyacanı yüksək həddə çatdırdı.

Daim çempion olan “Azəryol”a (keçmiş ABU) müqavimət göstərən “Qarabağ” (sabiq “Qaradağ”) sonda məğlubiyyətlə barışmalı olurdu. Amma bu mövsüm güclənən komanda başabaş mücadilədə titullu rəqibinə qalib gəldi (24:25).

“Qarabağ”ın təcrübəli kapitanı Səbinə Babayevanın oyun haqqında allsport.az saytına açıqlaması belə oldu: “Matç barədə təəssuratım çox yaxşıdır. Biz həmişə öz qızlarımızla oynayırdıq. Çətin idi. İndi bizdə də nəhayət, legionçular var. Komandamız güclənib, gəlmələr təcrübəlidirlər. Çox şadam ki, “Qarabağ” qalib gəldi və yenə sevinəcəyinə ümidliyəm”.

 

Həmin kateqoriyadan