Səbinə Kərimova dünya kubokunda 30-cu olub

Belçikanın Sint-Niklas şəhərində sablyaçı qadınlar arasında dünya kubokunun mərhələsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, mili üzvü Səbinə Kərimova qrupda keçirdiyi 6 görüşdən 5-ində qələbə qazanıb. O, pley-ofda Yaponiya təmsilçisi Ayaka Mukaeni 15:12 məğlub edib, ardınca çinli Yiqi Guonu 15:11 üstələyib.

Sablyaçımız 1/32 finalda italiyalı Miçela Battistona 15:13 hesabı ilə qalib gəlib. Səbinə Kərimova 1/16 finalda dünya reytinqində 13-cü olan çinli Yaqi Şaoya 9:15 yenilərək rəqabətlə vidalaşıb. O, yekun sıralamada 200 nəfər arasında 30-cu olub.

Digər sablyaçılarımızdan Sevil Bünyatova pley-ofda gürcüstanlı Lika Jijieşviliyə 8:15 uduzub. Sevinc Bünyatova və Aysel Əhədova mübarizəni erkən dayandırıblar. Komanda yarışında millimiz 1/16 finalda Böyük Britaniyaya 37:45 hesabı ilə yenilib.

Həmin kateqoriyadan