Səbinə Kərimova yeni soyadında ilk uğuruna qardaş ölkədə yetişdi

Antalyada qılıncoynatma üzrə “B” kateqoriyalı “Satellite” turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, sablya üzrə qadınlardan ibarət millinin üzvü Səbinə Kərimova (Mikina) bürünc medalını qazanıb.

Qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qələbə qazanan həmyerlimiz, uğurlu çıxışın davamını pley-offda da davam etdirib. 1/8 finalda digər təmsilçimiz Aysel Əhədovaya qalib gələn olimpiya iştirakçısı, 1/4 finalda türkiyəli Aylin Çağırı 15:10 hesabı ilə məğlub edib.  Yarımfinala yüksəlməklə 3-cü yeri özünə təmin edən sablyaçımız finalın bir addımlığında polşalı Marta Pudaya uduzub.

Digər təmsilçilərimizdən turnirin 1/4 finalına kimi irəliləyən Sevil Bünyatova yarışı 5-ci sırada tamamlayıb. Mübarizəni 1/8 finalda dayandıran Sevinc Bünyatova da ilk 10-luqda yer almağı bacarıb. 6 ölkədən 27 sablyaçının yarışdığı turnirdə Aysel Əhədova 14-cü, Nərminə Cəfərova isə 21-ci sırada qərarlaşıb.

Həmin kateqoriyadan