Səbinə Mikina Moskvada Rusiya sablyaçıları ilə birgə hazırlaşır

Qılıncoynadanlardan ibarət millimiz Rusiyada təlms-məşq toplanışındadır. Bu barədə allsport.az saytına AQF-in 1-ci vitse-prezidenti Yaşar Məmmədov deyib. Onun sözünə görə, dünən Moskva paytaxtına yalnız bir idmançımız yollanıb.

Bu, sablyaçı Səbinə Mikininadır. London Olimpiadasının iştirakçısının reytinq xalı komanda yoldaşlarından yüksək olduğu üçün, məşqçilər korpusu tək onun şimala yollanmasını məqsədəuyğun salıb.

Xanım qılıncoynadanımız aprelin 12-nədək Rusiya millisi ilə birgə hazırlaşacaq. Qeyd edək ki, bu ölkənin sablyaçı qadın yığmasında keçmiş Azərbaycan idmançısı Yelena Jemayeva çalışdırır. O, bizdən 2-qat dünya çempiondur.

Həmin kateqoriyadan