Səbinə Mikinanın kəskin zərbələri «Neftçi»yə bürünc qazandırdı

Dünən Fransanın Orlean şəhərində sablyaçılar arasında Avropa kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, komanda yarışında «Neftçi» klubunun üzvləri mübarizə aparıblar. Ölkəmizi bu yarışda baş məşqçi Fikrət Vəliyevin rəhbərliyi ilə Səbinə Mikina, Fatma İbrahimova, Sevil və Sevinc Bunyatova bacıları təmsil ediblər.

Bu yarışda qılıncoynadanlarımız əzmkarlıq göstəriblər. AQF-in 1-ci vitse-prezidenti Yaşar Məmmədov bildirib ki, 1/4 finalda «neftçilər» İtaliyanın «Roma» kollektivi ilə görüşüb. Gərgin mücadilədə sablyaçılarımız 41:44 uduzduğu zaman, millimizin lider sablyaçısı Səbinə Mikina rəqibinə dalbadal 4 dəqiq zərbə vuraraq, Azərbaycan komandasına qələbə qazandırıb.

Yarımfinalda çox ağır keçib. Güzəştsiz rəqabətdə «Neftçi» Polşanın «Varşava» klubuna 42:45 uduzaraq, bürünc medala sahib çıxıb. Maraqlıdır ki, olimpiya çempionu olan ukraynalılar, 1/2 finala çıxa bilməyiblər.

Həmin kateqoriyadan