Səbuhi Zülfüqarovun komandası Avropa birinciliyinə yollanıb

Yeniyetmə taekvondo millimiz Avropa birinciliyində iştirak etmək üçün İspaniyanın Marina-Dor şəhərinə yollanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov yarışda Nihad Məmmədzadə (33 kq), Rahid Vəliyev (37 kq), İsmayıl İbrahimov (41 kq), Xanlar Xanəhmədov (45 kq), Səyyad Dadaşov (49 kq) və Eltac Qafarova (53 kq) fürsət verəcək.

Qızların heyətinə Zeynəb Məmmədova (33 kq), Səidə Əliyeva (37 kq), Zivər Tağıyeva (44 kq), Səmərrux Osmanova (47 kq) və Tülin Ələkbərova (55 kq) daxil olunublar.

Yarışda ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev və Coşqun Nadirov təmsil edəcəklər. Yığmamız dekabrın 4-də Vətənə qayıdacaq.

Həmin kateqoriyadan