Şəfəq Hüseynli: Anabolik steroidlərin fitnes mərkəzlərində yayılmasının qarşısını alacağıq

Milli antidopinq agentliyi həvəskar idmanda dopinqin istifadəsinə qarşı mübarizə sahəsində Danimarka təcrübəsini öyrənir. Allsport.az saytı xəbər verir ki, AMADA direktoru Şəfəq Hüseynli Kopenhagendə “Fitnesdə dopinq və səhiyyə” beynəlxalq konfransında keçirdiyi görüşlərlə bağlı buun deyib:

“Oxşar problemləri biz Azərbaycanda da müşahidə edirik. Anabolik steroidlərdən gənclərin istifadə etməsi bizi xüsusilə narahat edir. Gənclərə bu maddələr əsasən fitnes mərkəzlərində və idman zallarında təklif olunur. Çoxsaylı tədqiqatlar sübut edir ki, anabolik steroidlər və böyümə hormonları insan sağlamlığına çox ciddi mənfi təsir göstərir.

Biz Danimarka təcrübəsini diqqətlə öyrənirik və anabolik steroidlərin fitnes mərkəzlərində və idman zallarında yayılmasının qarşısının alınması istiqamətində daha fəal işləyəcəyik. Biz bu sahədə hüquq-mühafizə orqanları ilə çox sıx əməkdaşlıq edirik”.

AMADA anabolik steroidlər və böyümə hormonlarının idxalı və satışı ilə məşğul olan şəxslər haqqında məlumatların hüquq-mühafizə orqanları ilə mübadiləsini həyata keçirir. Bununla yanaşı, ölkədə steroidlər və böyümə hormonlarının yayılmasını tənzimləyən qanunvericiliyin sərtləşdirilməsi məqsədilə agentlik bir sıra təkliflər irəli sürəcək.

Həmin kateqoriyadan