Şəfəq Hüseynli: Dopinq-test zamanı “Zirə” klubu bir qədər müqavimət göstərib

Premyer liqasının 5-ci turundan sonra komandaların futbolçularından dopinq-test götürülüb. Allsport.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli açıqlama verib. Onun sözünə görə, 8 komandanın ümumilikdə 16 oyunçusundan götürülmüş test nümunələri Almaniyanın Köln şəhərində yerləşən laborotoriyaya göndərilib.
Mütəxəssis report.az-a açıqlamasında, sentyabrından 16-da keçirilən “Neftçi” – “Zirə” matçından sonra qonaq komandanın məşqçilər heyətinin futbolçulardan test götürmək istəyən AMADA əməkdaşlarına müqavimət göstərmələrinə də münasibət bildirib. Baş direktor həmin vaxt tərəflər arasında anlaşılmazlığın olduğunu söyləyib:
“Əvvəlcə bir qədər müqavimət göstəriblər. Lakin sonra vəziyyəti anlayandan sonra sakitləşiblər. Qaydalara əsasən, seçilmiş idmançı hər bir yarışdan sonra bir saat ərzində dopinq-testə cəlb olunmalıdır. Bu səbəbdən, “Zirə”nin oyunçusunun paltardəyişmə otağından aparılması qaydalar çərçivəsindədir”.
Qeyd edək ki, AMADA tərəfindən qarşıdakı turlarda da dopinq-testlərin götürülməsi nəzərdə tutulub .

Həmin kateqoriyadan