Şəfaqət Həbibova: Həlledici anlarda topu oyuna daxil edəndə, həmişə riskə hazır oluram

MDB ölkələri arasında qadın voleybolçuların ilk Avropa çempionatına ev sahibliyi edən Azərbaycanın seçmə komandası uğurlu çıxışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “A” qrupunda almaniyalı həmkarlarını 3:1 yenərək birbaşa 1/4 finala çıxan yığmamız 2 gün dincələcək. Oyundan sonra açıqlama verən millimizin üzvü Şəfaqət Həbibovanın qələbə təəsuratı belə oldu:

“Bu yarışa yaxşı hazırlaşmışıq. Sloveniyada və İtaliyada təlim-məşq toplanışlarımız oldu. Elə həlledici anlar olur ki, baş məşqçi Faiq Qarayev məni mübarizəyə qoşur. Topu oyuna daxil edəndə, təbii, öncədən təlimat alıram – onu rəqib meydançasında kimin üzərinə vurmalıyam. Bu məqamda həmişə riskə hazır oluram. 1/4 finalda Bolqarıstandansa, Almaniya ilə yenə qarşılaşsaq, yaxşı olar”.

Həmin kateqoriyadan