“Şəhərlilər” Moskva SSKA-sına yenildi, Azər Əliyev ehtiyatda qaldı

Rusiya premyer-liqasının 7-ci turunda azərbaycanlı futbolçu Azər Əliyevin bir neçə gün öncə müqavilə imzaladığı “Ufa” evdə Moskva SSKA-sı ilə qarşılaşıb.

Allsport.az saytı xəbər verir ki, futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Həmyerlimiz görüşün iştirakçısı olmayıb. O, matçı ehtiyat skamyasından izləyib. “Şəhərlilər” 4 xalla 16 iştirakçı arasında 14-cü sıradadır.

Həmin kateqoriyadan