Şəhriyar Əliyev “Sumqayıt”la 1-illik sövdələşib

“Sumqayıt” yeni mövsüm üçün növbəti transferini həyata keçirib.

Allsport.az saytı xəbər verir ki, komanda “Kəpəz”də çıxış etmiş Şəhriyar Əliyevi heyətinə qatıb. 25 yaşlı müdafiəçi yeni klubu ilə 1-illik müqavilə imzalayıb.

Qeyd edək ki, Şəhriyar klub olaraq “Bakı”, “Qarabağ” və “Kəpəz”də çıxış edib. Əliyev Azərbaycanın U-21 və əsas millilərinin şərəfini qoruyub.

Həmin kateqoriyadan