Şəhriyar Məmmədyarov dünya əmsalında 4-cü yerə yüksəlib

FIDE noyabr ayı üçün reytinq siyahısını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, milli komandamızın şahmatçısı Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 2 pillə irəliləyib. O, indi 2799 xalla 4-cü yerdədir.

Digər qrossmeysterlərimizdən Teymur Rəcəbov 19-cu (2741), Arkadi Naydiç 44-cü (2700) və Rauf Məmmədov 58-cidir (2686).

Əmsal cədvəlində 2837 xalla yenə norveçli Maqnus Karlsen başçılıq edir.

Həmin kateqoriyadan