Şəhriyar Məmmədyarov dünya çempionatında gümüş medal qazanıb

Şəhriyar Məmmədyarov Sank-Peterburqda keçirilən rapid növü dünya çempionatında gümüş medal qazanıb. Allsport.az saytı xəbər verir ki, şahmatçımız yarışın son günündə 3 qələbə və 2 heç-heçə ilə ümumi hesabda xallarını 10,5-ə çatdırıb.

Ondan cəmi yarım xal üstün olan rusiyalı Daniel Dubov 11 xalla dünya çempionu olub. Bürünc medalı 10,5 xalla ABŞ təmsilçisi Hikaru Nakamura qazanıb. Dünya şahmat tacının özündə saxlayan norveçli Maqnus Karlsen 5-ci yerlə kifayətlənib.

Millimizin digər üzvlərindən Qədir Hüseynov 9 xalla 37-ci, Rauf Məmmədov 8 xalla 77-ci yeri tutublar.

Qadınların mübarizəsində Gülnar Məmmədova 7,5 xalla 18-ci yeri tutub. Günay Məmmədzadə 7 xalla 39-cu, Zeynəb Məmmədyarova 76-cı, Türkan Məmmədyarova 79-cu olub (5,5 xal). Baş mükafata Çinli Syuy Ventszyun 10 xalla sahib olub. İranlı Sarasadat Xademəlşəriyə 9 xalla gümüş, eyni xalla rusiyalı Aleksandra Qoryaçkina bürünc medala yetişiblər.

Qeyd edək ki, rapiddə (gözü bağlı) 15 dəqiqə + hər gedişə 10 saniyə verilir.

Həmin kateqoriyadan