Şəhriyar Məmmədyarov “Grand Chess Tour”da sonuncu oldu, 7500 min dollar qazandı

Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin növbəti mərhələsi keçirilib. Allsport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov rapid və blits turnirlərinin yekun nəticəsinə görə, 16,5 xalla 8-9-cu yerləri bölüşüb.

34 yaşlı qrossmeyster 7 min 500 dollar mükafat qazanıb.

“Grand Chess Tour 2019” turnirinin əvvəlki mərhələləri Abican, Zaqreb, Paris və Sent-Luisdə təşkil olunub. Kəlkətə şəhəri turnirin növbəti mərhələsinə ev sahibliyi edəcək. Final seriya isə Londonda reallaşacaq.

Həmin kateqoriyadan