Şəhriyar Məmmədyarov şahmat tacına iddiaçıların yarışına qələbə ilə başlayıb

Berlinin “Külhaus” sərgi mərkəzində şahmat tacı uğrunda iddiaçıların yarışı başlayıb. Allsport.az saytı xəbər verir ki, dünya çempionu norveçli Maqnus Karlsenə (2843) rəqib olmaq üçün bu nüfuzlu mücadilədə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov (2809) da iştirak edir.

Mükafat fondu 420 min avro olan turnirin ilk matçda o, qara fiqurlarla Sergey Karyaklə (2763) qarşılaşıb. Rusiyalı şəytənc ustası İspaniya partiyasına üstünlük verib. Mittelşpildə təşəbbüsü ələ alan “Şah” endşpili qələbəyə yönəldib. Uzun çəkən görüşün Vəzir sonluğunda Sergey 71-ci gedişdə təslim olub. Digər oyunlar belə bitib:

Fabiano Karuana (2784, ABŞ) –  Uesli Co (2799, ABŞ) 1:0
Vladimir Kramnik (2800, Rusiya) – Aleksandr Qrişşuk (2767, Rusiya) 1:0
Levon Aronyan (2794, Ermənistan) – Dinq Liren (2769, Çin) 0,5:0,5

 

Həmin kateqoriyadan