Şəhriyar “Shamkir Chess-2017” superturnirində öncüllüyünü davam etdirir

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2017” superturnirində 5-ci turunun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, bu partiyada Şəhriyar Məmmədyarov qara fiqurlarla hindistanlı həmkarı Pentala Harikrişna ilə heç-heçə oynayıb.

Teymur Rəcəbov isə İngiltərə təmsilçisi Maykl Adams ilə heç-heçə edib. 5 turdan sonra “Şah” 3,5 xalla yarış cədvəlində vahid öncüldür. Digər qrossmeysterimizin hesabında 2 xall var.

Həmin kateqoriyadan