Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqibləri ilə xalı yarıya bölüb

Bu gün Vüqar Həşimovun xatirəsinə “ShamkirChess 2017” superturnirinin 2-ci turunda Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı həmkarı Sergey Karyakinlə 22-ci gedişdə xalı yarıya bölüb.

Allsport.az saytı xəbər verir ki, qrossmetsterimiz yarış cədvəlində öncüllərdəndir. Teymur Rəcəbov qaralarla Vladimir Kramnikə qarşı mübarizə aparır.

II tur
Şəhriyar Məmmədyarov (2772, Azərbaycan) – Sergey Karyakin (2783, Rusiya) – 0,5:0,5
Vladimir Kramnik (2811, Rusiya) – Teymur Rəcəbov (2710, Azərbaycan) – 0,5:0,5
Pentala Harikrişna (2755, Hindistan) – Pavel Elyanov (2751, Ukrayna) – 0,5:0,5
Maykl Adams (2761, İngiltərə) – Uesli So (2822, ABŞ) – 0,5:0,5
Radoslav Voytaşek (2745, Polşa) -Veselin Topalov (2741, Bolqarıstan) – 0:1

Həmin kateqoriyadan