Şəki şahmat məktəbinin yetirməsi Avropa çempionu olub

Rumıniyanın Mamaya şəhərində məktəbli şahmatçıların Avropa çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda 12 nəfərlə təmsil olunan komandamız 1 qızıl və 3 bürünc medal qazanıb.

Şəki şahmat məktəbinin 8 yaşlı yetirməsi Yusif Kərimli U-9-da çempion olub. Eyni yaş qrupunda Rafael Bayramlı 3-cü yeri tutub. Qızların bu yş dərəcəsində Xanım İsmayılova bürünc medala yiyələnib.

Naxçıvan şahmat məktəbinin yetirməsi Sadqi Məmmədov U-17 (open) yarışında 3-cü yerə çıxıb.

Həmin kateqoriyadan