Şəkidə karateçilərlə görüş

Avropa çempionatı öncəsi Şəki Olimpiya İdman Kompleksində AMKF rəhbərliyi karateçilərlə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda federasiyanın vitse-prezidenti Rəhman Hətəmov, baş katibi Mirhəsən Seyidov, idarə heyətinin üzvləri Fizuli Musayev, Oqtay Məmmədov, eləcə də Şəki gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov iştirak ediblər.

Sonra hakimlər komitəsinin sədri Cahangir Babayev tərəfindən yarış qaydalarında edilmiş dəyişikliklər və turnirlərdə qayda pozuntularına dair seminar, idmançıların yarışlarda çıxışlarından hazırlanmış xüsusi analitik məşğələlər də keçirilib.

Həmin kateqoriyadan