Səkinət Abbasova: Bizim yeganə çıxış yolumuz, rəqibi taktiki üstələmək idi

Qadın həndbolçuların superliqasının 13-cü turunda yarış cədvəlinin öncülü “Azərsu” yaxın izləyicisi “Azəryol”a 25:21 qalib gəldi. Özü də, ölkə çempionu bunu əvəzetməsiz etdi. Görüşün bitməsinə 1,5 dəqiqə qalmış belaruslu baş məqşçi Sergey Petroviçin mübarizəyə Alyona Barbakadzeni qoşması formal idi. Qələbədə payı olan sağ cinah oyunçusu Səkinət Abbasova allsport.az saytına qələbə təəssuratını belə bölüşüb:

“Oyuna az heyətlə hazırlaşmaq məcburuyyətində qaldıq. Üstəlik, “Azəryol” güclü rəqibdir. Onlar Georgi Voronov kimi təcrübəli məşqçiyə malikdirlər və çempionatın favoritidirlər. Bizim yeganə çıxış yolumuz, rəqibi taktiki üstələmək idi.

Qızlara əhsən, təmkinlə və ölçülü oyunla qələbəyə nail olduq. Özəlliklə, kapitanımız İrina Mixalkoviç, Marta Abbasova, Kristina Ozolina və qapıçımız Mədinə Musayevanı qeyd etmək istəyirəm. Əlbəttə, bizi Sergey Petroviç lazımınca hazırladı və oyuna köklədi. Ona xüsusilə minnətdaram”.

Həmin kateqoriyadan