Səlahət Ağayev: Qələbələrdən sonra komandada istək və ruh yüksəkliyi var

Belə bir ağır zədədən sonra həkimlər qərara gəldilər ki, əvvəl yoxlasınlar. Əgər əzələdə irəliləyiş varsa, əməliyyata ehtiyac olmasın”. Allsport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin qapıçısı Səlahət Ağayev deyib. Zədəsini sağaldaraq, kollektivlə birlikdə məşqlərə qatılan milli komandamızın qolkiperi klubun televiziyasına danışıb. O, tezliklə yaşıl meydana dönmək istədiyini bildirib:

“Şükürlər olsun, əməliyyata ehtiyac qalmadı və klubun dəstəyi ilə Türkiyədə müalicə aldım. Bakıya dönəndən sonra klub həkimləri, sağ olsunlar, zədədən qurtarmaq üçün kömək etdilər. Hər şey qaydasındadı, artıq üç gündü komanda ilə birgə məşqlərə çıxıram.

Bu cür zədə ilə komandadan kənarda qalmağı heç bir idmançıya arzulamıram. Bu çox çətindi. Belə getsə, yaxın zamanlarda tam hazır olub, komanda ilə var gücümlə məşq edəcəm. Qələbələrdən sonra komandada istək, ruh yüksəkliyi var. Çempionatın sonuna çox var, düşünürəm ki, belə davam etsək, arzuolunan nəticəni qazana bilərik”.

Qeyd edək ki, “Neftçi” premyer liqanın 12-ci turu çərçivəsində noyabrın 19-da “Qəbələ”ni qəbul edəcək.

Həmin kateqoriyadan