Səlahət Ağayevin durumu ilə bağlı açıqlama

Premyer liqanın 7-ci turunda “Səbail” klubu ilə oyunun (2:1) ilk hissəsində zədələnərək fasilədə əvəzlənən “Neftçi”nin futbolçusu Səlahət Ağayevin vəziyyətinə aydınlıq gəlib.

Allsport.az saytı xəbər verir ki, tibbi baxışın nəticələrinə görə, təcrübəli qapıçı pubalgiya (oturaq sümüyünün iltihabı xəstəliyi) diaqnozu ilə bir həftə müalicə olunacaq.

Həmin kateqoriyadan