Səmədağa Şıxlarov real namizəddir

AFFA məşqçilər komitəsinin üzvü olan Yaşar Vahabzadə Gəncənin “Kəpəz” komandasına baş məşqçi təyin olunub. Allsport.az saytı xəbər verir ki, onun köməkçiləri Vidadi Rzayev, Babək Alxasov və qapıçılar üzrə məşqçi Nadir Şükürovdur. Bu təyinatdan sonra ortaya daha bir maraqlı sual çıxacağı gözlənilir.

Bəs, görəsən, Yaşar Vahabzadəni məşqçilər komitəsində kim əvəzləyəcək?
Hal-hazırda işsiz futbol mütəxəssislərinin sayı yetərincədir. Amma nəzərə alaq ki, bu posta yaşı daha çox olan mütəxəssislər cəlb olunur. Bu da anlaşılandır. Cavan mütəxəssislər nisbətən enerjili olduqları üçün hələki futbol meydanlarında öz potensiallarını davam etdirə bilər. Eyni zamanda yaşlı nəsil daha çox təcrübəli olduqları üçün bu vəzifədə futbola daha çox öz töhfələrini verə bilərlər. Elə bu səbəbdən də hazırda bu posta ən real namizədlərdən biri “Neftçi” nin veteran futbolçusu Səmədağa Şıxlarovdur.

Xatırladaq ki, Səmədağa Şıxlarov keçmiş SSRİ çempionatında ən çox çıxış edən futbolçulardan biridir. Səmədağa müəllim futbolu dərindən bilən və eyni zamanda yüksək insani keyfiyyətlərə malik bir mütəxəssisdir. Bu günkü gün belə bir futbol mütəxəssisin futboldan kənarda qalıb, həndbol federasiyasında çalışması heç də xoşa gələn hal deyil. Düzdür, dünya təcrübəsində belə hallara rast gəlmək mümkündür. Bacarıqlı və vəzifəsinin öhdəsindən gələn insana hər yerdə iş var. Amma adam qəlbi hər zaman futbolla döyünən, bu gün futbola öz töhfəsini layiqincə verə biləcək bir mütəxəssisin futboldan kənar sənətdə çalışması ilə barışa bilmir.

Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının (AFİAHİ) Bakı yığıncağında Səmədağa Şıxlarovun futboldan kənarda qalması əsas müzakirə mövzularından biri olub. AFİAHİ-in əsas idarə heyətinin üzvü olan təcrübəli mütəxəssis AFFA-nın baş katibi Elxan Məmmədovun da nəzarətindədir. Olimpsport.az ümid edir ki, AFFA Səmədağa Şıxlarovun tezliklə futbola qayıtmasına yaxından köməklik göstərəcək.

Həmin kateqoriyadan