“Şəmkir” avroliqanın qrupunda “Qarabağ”a uduzan komanda ilə bacarmayıb

Antalyada təlim-məşq toplanışında olan “Şəmkir” klubu növbəti yoxlama oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, 1-ci divizion təmsilçisi Ukraynanın “Dnepr” komandası  ilə qarşılaşıb.

2014/15 mövsümündə avroliqanın qrupunda “Qarabağ”ın rəqibi olan və sonradan finala qədər irəliləyən “göy-ağmavilər” 3-qat ölkə çempionumuza qalib gəlib – 2:0.

Qəhrəman Əliyevin komandası ilk yoxlama oyununda Türkiyənin “Quşadası” klubuna 1:0, 2-ci matçda Qazaxıstanın “Kiran” klubuna 2:1 hesabı ilə üstələyib.

Həmin kateqoriyadan