“Şəmkir” klubunun loqosu dəyişdirildi

Azərbaycan birinci divizionunda çıxış edən “Şəmkir” klubu loqosunu dəyişib. Allsport.az xəbər verir ki, loqo seçimi azarkeşlərin səsverməsi nəticəsində baş verib.

Klubun bu barədə yaydığı məlumatda bildirilir: “Adın ingilis dilində yazılmasında əsas məqsəd gələcəkdə beynəlxalq yarışlarda adımızın düzgün oxunması məqsədi daşıyır. Hər bir azərbaycanlı kimi, biz də Azərbaycan dilinə dərin hörmət və ehtiramımızı bildirirk. Lakin beynəlxalq yarışlardakı rəsmi protokollara görə klubun adı latın əlifbası və hər kəsin oxuya biləcəyi formada yazılmalıdır. Bu səbəbdən “Shamkir Football club” kimi loqo seçildi”.

Həmin kateqoriyadan