VİDEO
Şəmkirdə veloyürüş keçirilib

Şəmkirdə Bakı Oxford məktəbinin yerli filialı və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə velotur keçirilib. Allsport.az saytı xəbər verir ki, yarış 12 noyabr – Konstitusiya günü və “Oxford” məktəbinin Şəmkir filialının yaradılmasının 5 illik yubileyinə həsr olunub.

Turnir başlamazdan öncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, həmçinin “Oxford” məktəbinin müəllim və şagird heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Ardınca velotura start verilib.

Kütləvi xarakter daşıyan yarışda “Oxford” məktəbinin şagirdləri mübarizə aparıblar. Nəticələrə gəlincə, Ayxan İslamzadə, Ülvi İsmayılov və Gülçin Yusifova öz qruplarında bütün rəqiblərindən güclü olublar.

Həmin kateqoriyadan