“Şəmkir”dən növbəti transfer

Premyer liqaya çıxmağı qarşısına məqsəd qoyan “Şəmkir” heyətini gücləndirməkdə davam edir. Allsport.az saytı xəbər verir ki, 3-qat ölkə çempionu bu dəfə 1-ci divizionda çıxış edən “Qaradağ Lökbatan”dan Cəmil Rəhimlini transfer edib.

Müdafiəçi daha öncə “Xəzər Lənkəran”, “Rəvan”, “Neftçala” klubların da oynayıb. Son günlərdə bölgə təmsilçisi “Zirə”dən İsa Cəbiyev və “Şərurspor”dan Fərmayıl Əliyevlə anlaşıb; əvvəllər “Şəmkir”də çıxış etmiş Mehman Yunusov ilə Rauf Mehdiyevi məşqçi heyətinə cəlb edib.

Həmin kateqoriyadan