Şəmkirin futbol üzrə rayon birinciliyi başlayıb

Şəmkir Olimpiya İdman Kompleksinin futbol meydançasında rayon icra hakimiyyətinin təşəbbüsü və dəstəyi, buranın gənclər idman idarəsinin təşkilatçılığı ilə futbol üzrə rayon birinciliyinin açılış mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışın keçirilməsində məqsəd rayonda futbolun inkişafına dəstək, böyüməkdə olan gənc nəslin sağlam ruhda tərbiyə olunması, futbol azarkeşləri və ümümilikdə bütün rayonda ictimai fəallığın təmin edilməsidir. Açlişda çıxış edənlər Şəmkir futbolunun keçdiyi şanlı tarix barədə məlumat veriblər. Bildirilib ki, bu gün Şəmkir rayonunda futbolun inkişafına göstərilən dəstək gələcəkdə istedadlı futbolçuların yetişməsinə mühüm töhvlərini verəcəkdir.

Çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov bu turnirin keçirilməsinin xüsusi əhəmiyyətli və vacib olmasını bildirib. Qeyd edib ki, Şəmkir rayonunda idmanın bütün sahələrinə diqqət və qayğı göstərilməsi bu gün ən vacib vəzifələrdəndir. Turnir iştirakçılarına xoş səmimi sözlərini və xoş arzularını çatdıran cənab Alimpaşa Məmmədov öz xeyir duasını verib.

Futbol turniri püşkatma nəticəsində 4 qrup sistemi üzrə, 14 komandanın iştirakı ilə keçirilir. Turnirin matçları Şəmkir Olimpiya İdman Kompleksində, digər qarşılaşmalar isə Kür qəsəbə, Zəyəm qəsəbə, Çinarlı qəsəbə stadionlarında keçiriləcək.

Turnirin final oyunu dekabrın 26-da Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində keçirilməsi nəzərdə tutulur. Bu gün start götürən Şəmkir birinciliyində günün ilk matçı keçirilib.

“Çaparlı” və “Dəllər Cırdaxan” futbolçuları meydanda qüvvələrini sınayıblar. Çempionatın ilk tarixi qolunu “Çaparlı” komadası vurub. Lakin bu qol “Dəllər Cırdaxan” futbolçularının mübarizə əzimini sındırmayıb və qarşılaşmanın ilk yarısında hesabı bərabərləşdirə biliblər.

Buna baxmayaraq daha əzimli mübarizə aparan “Çaparlı” komandası meydandan qalib ayrılıb və qrup lideri olub. Matç birincilərin 3:2 hesablı qələbəsi ilə tamamlanıb.

Həmin kateqoriyadan