VİDEO
Səmti Müəyyən Etmə Federasiyasından yeni videoçarx

Səmti Müəyyən Etmə Federasiyası yeni videoçarx hazırlayıb. Allsport.az saytı xəbər verir ki, çəkilişdə əsas məqsəd bu idman növünün Azərbaycanda tanınmasına istiqamətlənib. Çarxda bu idman növünə aid olan bacarıqları: xəritəni oxumaq, kompasdan düzgün istifadə etmək, çətinlikdən qorxmamaq, tez bir zamanda qərar qəbul etmək, eləcə də Odlar yurdunun gözəl və tarixi məkanları əks olunub.

Məhz bu bacarıqları özündə əks etdirməsi səmti müəyyənetmənin hərbi yönümlü idman növü olmasını göstərir. Ölkəmizin müharibə şəraitində olmasını nəzərə alsaq, gənclərin bu idman növü ilə məşqul olması vacibdir. Qeyd edək ki, bu idman növü ilə yaşından asılı olmayaraq hər kəs məşğul ola bilər.

Videoçarxın rejissoru SMEF-in baş katibi Zaur Seyidovdur.

Həmin kateqoriyadan