Səmti müəyyən etmə üzrə beynəlxalq yarışda ilk qızıl medallarımızı kimlər qazandı?

Son illər Səmti Müəyyən Etmə Federasiyası tərəfindən təşkil edilmiş çoxsaylı yarışlar və bu yarışlarda rekorda sayda iştirakçı sayı, bu idman növü üzrə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək idmaçıların yetişməsinə səbəb olub. Allsport.az saytının məlumatına görə, federasiyanın fəaliyyətini noyabr əvvəlində Türkiyədə təşkil edilmiş “Istanbul 5 days” turnirinə qatılmış komandamızın uğurlu çıxışları təsdiq edib.

Belə ki, uzun, orta, klassik və sprint məsafələri üzrə 5 günün ümumi nəticəsinə görə “W35” dərəcəsində çıxış edən Rəna Abaszadə (XDMX) və “W open”də bacarığını sınayan Günay Həmdullayeva qızıl medal qazanıb.

“W21A” kateqoriyasında mübarizə aparan Dağçılıq İdman Klubunun yetirməsi Nataliya Şiyanova ölkəmizə gümüş, “M40”da çıxış edən Xəyyam Məmmədov (XDMX) bürünc mükafaya yiyələniblər. Millimizin digər üzvü Süleyman Əliyev isə 4-cü yer ilə kifayətlənib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, bu 2 qızıl medal səmti müəyyənetmə üzrə beynəlxalq yarışlarda ölkəmizin qazandığı ilk qızıl medallar kimi tarixə düşüb. Bundan öncə, 2014-2015-ci illərdə ölkəmizə gümüş və bürünc medalları “Antalya o days” turnirindən Xəyyam Məmmədov gətirmişdir.

1504572714971879_

Həmin kateqoriyadan