Səmti müəyyənetmə üzrə 5-ci beynəlxalq yarış

25-27 mayda İçərişəhərdə, eləcə də Şabran rayonunun Qalaaltı və Xaçmaz rayonunun Nabran meşə zolaqlarında səmti müəyyən etmə üzrə 5-ci beynəlxalq kubok keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Səmti Müəyyənetmə federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilən yarışda müxtəlif yaş kateqoriyaları üzrə fərdi və komanda hesabında mübarizə aparılacaq.

Yarışda Azərbaycandan başqa, Türkiyə, Belçika, Norveç, Böyük Britaniya, İsrail, Yeni Zelandiya, Çin, Ukrayna, Gürcüstan, Sloveniya, Rusiya, Xorvatiya, Kamerun və digər ölkələrdən olan idmançıların iştirakı gözlənilir.

Beynəlxalq kubok yarışının keçirilməsinin məqsədi səmti müəyyənetmə idmanının kütləviləşməsi, sağlam həyat tərzinin və ətraf mühitə qayğı ilə yanaşmanın təbliği, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verilməsi, idmanın bu növü üzrə milli komanda üçün ehtiyat atletlərin formalaşdırılmasıdır.

Həmin kateqoriyadan