Səmti müəyyənetmə üzrə Heydər Əliyev kuboku başa çatıb

Səmti müəyyənetmə üzrə 6-cı Heydər Əliyev kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan, Moldova, İsveç, Çex Respublikası, Ruminiya, Çin (Honq Konq), Yeni Zelandiya və Litvadan ümimilikdə 217 (180 yerli) iştirak edib. 8 kateqoriya üzrə təşkil edilmiş rəqabətdə idmançılar sprint, orta və uzun məsafədə mübarizə aparıblar.

Dənizkənarı milli parkdan İçəri Şəhərə və geri sürətli hərəkətdən sonra, həftəsonu istiqamət orta məsafə üzrə Quba rayonun Amsara kəndinə və bazar günü uzun yolçuluq Xaçmaz rayonunun Nabran qəsəbəsinin meşə zolaqlarına olub.

Tədbirin baş hakimi Xəyam Məmmədov, KİV dəstəkçilərindən biri allsport.az saytı olub. SMEF-in prezidenti Mirəli Kazımov, vitse-prezident Pərvin Şərifov, baş katib Zaur Seyidov açıqlamalarında işin gedişi və göstəricilərdən razı qalıblar.

Nəticələrə gəldikdə, M21A-da Ola Yohanssen (İsveç), Mirmənsim Seyidov və İntizam Hümbətzadə; W21A-da Məryəm Yurdsevər (Türkiyə), Nigar Hüseynova və Anna Litvak müvafiq olaraq ilk 3 pilləni tutublar.

Komanda yarışında Çex Respublikası (342 xal) qalib olub. Türkiyə (264) gümüş və Azərbaycan (238) bürünc medallar qazanıb. “Neftçi İdman Klubu” (171) 4-cü yer tutub.

Foto: Sənan Qiyaszadə

Həmin kateqoriyadan