Sənan Qurbanov: 2 səhvdən qol buraxdıq

Topaz premyer liqasının 2-ci turunun “Neftçi” – “Qəbələ” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 38 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Bizim üçün üzücü məğlubiyyət oldu. İlk hissədə gözləmədiyimiz oyun alındı. Bir neçə səhvə yol verdik. Rəqibin sürətli hücumçuları var və əllərinə düşən imkanlardan yararlana bildilər. İlk hissədə oyunumuz alınmadı. Topu saxlaya bilmirdik. Rəqib də bundan istifadə etdi. Fərqli ikinci hissə izlədik.

Qol imkanlarımız çox olsa da, yalnız onların birindən yararlandıq. İki səhvdən qol buraxdıq. Futbolda belə hallar olur, heç kim bundan sığortalanmayıb. Çalışacağıq ki, növbəti matçlarda yaradılan imkanlardan istifadə edək. Bu gərginliyi üzərimizdən atıb, növbəti matça hazırlaşacağıq. Bu matçı və səhvləri analiz edib, onların təkrarlanmamasına çalışacağıq”.

Həmin kateqoriyadan