Sənan Qurbanov: “Dinamo” keçilməz deyil

Sabah Avropa liqasının 2-ci seçməsində “Dinamo” (Tbilisi, Gürcüstan) – “Qəbələ” arasında cavab matçından öncə mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Sənan Qurbanov oyunla bağlı bunu deyib: 

“Bütövlükdə götürsək “Dinamo” kompakt bir komandadır. Yaxşı çıxış edirlər. Komandanın kapitanı Şengeliya diqqətimi cəlb etdi. O və hücum xəttində çıxış edənlərin hamısı sürətlidir. Əlbəttə biz də öz futbolçularımıza inanırıq. İlk oyundan sonra rəqibimizi daha yaxşı analiz etmək imkanımız olub.

Biz top itkilərinə yol verməməli, hücumda kəsərli olmalı, hər iki fazada – həm hücumda, həm də müdafiədə səhvsiz oynamalıyıq. Rəqib keçilməz deyil. İşimizi çətinə salsaq da, inamımız böyükdür. Çalışacağıq ki, yaxşı nəticə əldə edək”. 

Həmin kateqoriyadan