Sənan Qurbanov: Hakimlərin bu qərarına çox təəssüflənirəm

Topaz premyer liqasının 20-ci turunda “Qəbələ” evdə “Səbail”i 2:1 məyus edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında baş məşqçi Sənan Qurbanov bunu deyib:

“Bizim üçün ağır oyun oldu. “Səbail” hazırda yaxşı formadadır, əhval-ruhiyyələri də yüksəkdir. Çətin matç olacağını bilirdik. Çox ciddi hazırlaşmış, qələbəyə köklənmişdik. Bu qarşılaşmada çox vacib qələbə qazandıq.

Matçın sonlarında azlıqda qaldığımız vaxt bir az çətinliklə üzləşdik. Hakimlərin bu qərarına çox təəssüflənirəm. Adi mübarizə epizodunda gənc futbolçuya ikinci sarı vərəqə göstərdilər. Ölkəmizdə mərkəz müdafiəçisinin az olduğu vaxtda Bəhlul Mustafazadəni milli komandaya namizəd görürəm.

O, artıq formasını bərpa etməkdədir. Həm gənc, həm də təcrübəli hakimlər bir az diqqətli olmalıdır. Daha çox qələbəyə köklənmişdik. Xal itirmək istəmirdik. Buna görə bir az gərginlik var idi. Oyundan razı qaldım”.

Həmin kateqoriyadan