Sənan Qurbanov: Konsentrasiyanın itə bilməsinə görə bir az narahat idim

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov ölkə çempionatının 16-cı turunda “Sabah”a qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, kiçik fərqlə qalib gəldikləri görüş barədə bunu söyləyib:

“Ev oyunundakı qələbədən sonra səfərdə qalib gəldik. Daha məsuliyyətli olmalıydıq. Konsentrasiya itkisindən ehtiyatlanırdıq. Buna görə futbolçulara təşəkkür düşür, onları təbrik edirəm. Bir an da olsa, konsentrasiyanı itirmədilər.

Rəqibi analiz etmişdik. Sürətli komandaya qarşı oynayacağımızı bilirdik. 10 nəfərlə qalsalar da, oyun intizamlarını pozmurlar. Futbolçularımız verilən tapşırığın öhdəsindən gəldilər, xarakter göstərdilər. Matçın sonluğunda bir az ajiotaj artdı. Qapımız önündə qol epizodu yaranmasa da, oyunu sakitləşdirmək istəyirdik. Ən önəmli olan qələbə qazanmağımız idi.

Komandanın oyunundan ümumilikdə razı qaldım. Konsentrasiyanın itə bilməsinə görə bir az narahat idim. Futbolçular məsuliyyəti dərk edir. “Qəbələ”nin adına layiq futbol oynamağa çalışırıq. Bunun üçün oyun intizamı qoruyuruq. Hər qarşılaşma bizim üçün maksimum konsentrasiyadır”.

Həmin kateqoriyadan