Sənan Qurbanov: “Mariupol”la matç sürət baxımından çox yaxşı oldu

“Qəbələ” Türkiyə toplanışında Ukraynanın “Mariupol” klubuna 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Sənan Qurbanov görüş və hazırlığın arxada qalan hissəsi barədə bunu deyib: 

“Toplanışın ilk günündən futbolçuların istəkli olmaları sevindiricidi. Bu gün ilk yoxlama matçını keçirdik. İki gün öncə ağır fiziki hazırlıq yerinə yetirib, dünən bir məşq etmişdik. “Mariupol”la görüş sürət baxımından çox yaxşı oyun oldu. Komandanın həm texniki, həm də sürətli olmasından razı qaldım. Oyunçularda istək hiss olunur.

Merab baxdığımız, potensialına inanaraq heyətə qatdığımız futbolçudu. Bu gün meydanda yaxşı hərəkətli idi. Həm onun, həm komandanın oyunundan razı qaldım. Qələbə qazandıq ki, bu da komandanın əhval-ruhiyyəsi üçün yaxşıdır.

Futbolçuların uduzmaq istəməməsi matçın gedişində hiss olunurdu. Çox yaxşı mübarizə apardılar, qələbə qazandılar. Rəqib də Ukrayna premyer-liqasında mübarizə aparan çox ciddi komandadır. Futbolçular yaxşı əzmkarlıq göstərdilər. Xarakter nümayiş etdirdilər”.

Həmin kateqoriyadan