Sənan Qurbanov: Mövsümü titulla başa vurmaq istəyirik

Ölkə kubokunun 1/2 final mərhələsinin cavab oyununda “Qəbələ” paytaxtda “Qarabağ”a yenilsə də, evdə 1:0 qələbənin sayəsində finala çıxdı. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaq komandanın baş məşqçisi Sənan Qurbanov bunu dedi:

“Ağır oyun olacağını bilirdik. Çünki rəqib “Qarabağ” idi, son illərin favorit komandası. Evdə 1:0 hesabı ilə qalib gəldiyimizdən üstünlüyümüz olsa da, ciddi rəqiblə görüşürdük. Çox çətin idi. Futbolçularımız böyük iş gördülər. “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq həqiqətən böyük xarakter, taktiki cəhətdən düzgün oynamaq tələb edirdi.

Finaldakı rəqibin kimliyi fərq etmir. Çünki final 1 oyundan ibarətdir. Burda gözləmədiyin nəticələr ola bilər. Həmin matça psixoloji hazırlaşmaq rol oynayır. Futbolçuların bir hədəfi var idi ki, finala çıxıb kuboku muzeyimizə aparaq. Mövsümü titulla başa vurmaq, kuboku sabiq prezidentimiz Tale Heydərova hədiyyə etmək istəyimiz var”.

Həmin kateqoriyadan