Sənan Qurbanov: Qaradağ Lökbatan” bizə yaxşı müqavimət göstərdi

“Qəbələ” qış hazırlığı çərçivəsində “Qaradağ Lökbatan”la yoxlama oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov 2:0 üsyün olduqları matç barədə bunu deyib:

“Yanvarın 6-da toplanışa başlayıb məşqlərimizi paytaxtda davam etdirdik. Hazırlıq prosesinin arxada qalan hissəsi istədiyimiz kimi keçdi. Bu gün keçirilən yoxlama matçı da bizim üçün yaxşı məşq oldu.

“Qaradağ Lökbatan” bizə yaxşı müqavimət göstərdi. Həm də gənc futbolçularımızı müəyyən mövqelərdə sınadıq. İlk matç üçün yaxşı alındı. Ən əsası odur ki, görüşlə bağlı planımız həyata keçdi.

Toplanış öncəsi futbolçular yaxşı istirahət etmişdi. Bu da əhval-ruhiyyənin yaxşı olması baxımından müsbət haldır. Toplanış müddətində məşqlərimiz istədiyimiz kimi keçdi. Bunu hazırlığın ilk mərhələsi üçün yaxşı hesab edirəm”.

Həmin kateqoriyadan