Sənan Qurbanov: Rəqibi yaxşı təhlil etmişdik

Topaz premyer liqasının 1-ci turunda “Qəbələ” evdə “Səbail” klubunu 3:0 üstələyib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qalib komandanın baş məşqçisi Sənan Qurbanov bunu deyib:

“Mövsümün ilk matçı, çempionatın startı bizim üçün çox vacib idi. Qələbə qazanmaq istəyirdik. Komandamız çox istəkli idi. Meydanda da bunu gördük. Futbolçulara istəkli olmaları və parlaq qələbəyə görə minnətdaram. Yenilənmiş “Səbail”ə qarşı oynadıq.

Rəqib komandanın heyətində yaxşı futbolçular var. Onlara növbəti matçlarda uğurlar arzulayıram. “Səbail”i təhlil etmişdik. Matçda daha çox qol imkanı yaratdıq. Onların üçündən istifadə etdik. Gələcək oyunlarda daha yaxşı olacağını düşünürəm.

Taktikanı elə qurmuşduq ki, Ceyms Adeniyi ön xətdə hərəkətli olmalı, arxasında Asif Məmmədovla cinahlar ona dəstək verməli idi. Rauf Əliyev güvəndiyimiz futbolçudur. Bu gün də ehtiyatdan oyuna çox fəal daxil oldu”.

Həmin kateqoriyadan