Sənan Qurbanov: Səhvlərimizin yoxlama oyunlarında görünməsi yaxşıdır

“Qəbələ” Antalya toplanışı çərçivəsində 2-ci yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov Rusiyanın “Yenisey” klubu ilə matç (2:2) barədə fikrini açıqlayıb: 

“Ciddi rəqibə qarşı oynayırdıq. Rusiya premyer liqasında çıxış edən rəqib çox yaxşı komandadır. Bilirdik ki, belə rəqibə qarşı səhvsiz oynamalıyıq. Futbolçulara bir az çətin tapşırıq vermişdik. Ön xətdə pressinq tətbiq etməklə topu rəqibdən almaq istəyirdik.

Birinci hissədə tam yaxşı alındı. Belə pressinq də güc itkisidir. Sevindirici haldır ki, futbolçular tapşırığı yerinə yetirdilər. Səhvlərimiz var. Belə yoxlama oyunlarında bunun görünməsi yaxşıdır. Onları aradan qaldırmağa çalışacağıq. Ümumilikdə komanda yaxşı oynadı. Həm hücumda, həm də müdafiədə komandadan razı qaldım”.

Həmin kateqoriyadan