Sənan Qurbanov: Taktikanı “Proqres”in oyununa uyğun qurmuğuq

Sabah Avropa liqasının ilk ələməsinin 1-ci oyununda “Qəbələ” Lüksemburqun “Proqres” klubunu qonaq edəcək. Allsport.az saytı xəbər verir ki, Qəbələ şəhər stadionunda görüşdən öncə komandamızın baş məşqçisi Sənan Qurbanov KİV-lə görüşdü. Yerli mütəxəssis azarkeşləri sevindirməyə çalışacaqlarını dedi:

“Rəqib çox intizamlı və sıx oynayır. Müdafiədə inamlıdırlar. Taktikanı buna uyğun qurmuğuq. Komandada ab-hava yaxşıdır. Düzdür, kapitanın olmaması yaxşı hal deyil. Cavid Hüseynov önəmli futbolçudur. Amma məşqlərə zədələ qoşuldu. Özünə gəlməsinə zaman lazımdır.

Hər halda, bizdə Cavidin yerini dolduracaq futbolçular var. Yeni legionçular komandaya uygunlaşıb. Hər gün daha yaxşı olacaq. Avrokubokda bizdən qələbə gözləyirlər. Sabah azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

 

 

Həmin kateqoriyadan