Sənan Qurbanov: Uğursuz varsa, səbəbkar mən sayılıram

Topaz premyer liqasının 5-ci turunun “Qarabağ” – “Qəbələ” oyunundan (4:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirildi. Allsport.az saytı sizi 38 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Uğursuz zolaqdan çıxa bilmirik. Oyun planında müəyyən inkişaf olsa da, hamı “Qəbələ”dən qələbə gözləyir. Təbii, belədə, səbəbkar mən sayılıram. Futbolçularımız çalışdılar ki, verilən tapşırıqları yerinə yetirsinlər. Bəzən alınsa da, bəzən də alınmadı. Müdafiədə kobud səhvlər buraxdıq.

“Qarabağ” kimi bu səviyyəli komanda belə səhvləri bağışlamır. Çox üzgünəm. Neçə illərdir bu komandadayam. Çox çalışacağıq, nəticələrə baxıb, analiz edəcəyik, cəzalanmalı olanlar cəzalanacaq. Bu komanda öz sıralarına qayıdacaq.

Biz hər oyuna qələbə üçün çıxırıq. Bunun nə dərəcədə alındığını görürsünüz. Səylə çalışırıq, əzmkar futbolumuzu, oyun üslubumuzu yeni oyunçulara aşılamaq istəyirik. Bu üslubda da edilən müəyyən dəyişiklikləri futbolçuların tez qavramasını istəyirik. Yaratdığımız imkanları qola çevirsək, fərqli danışa bilərik”.

 

Həmin kateqoriyadan