Sərbəst güləş millimiz 2-ci özəyi İstanbulda gücünü sınayacaq

11-14 iyulda İstanbulda dünya çempionu Yaşar Doğunun xatirəsinə turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu sınaqda ölkəmiz sərbəst güləşdə təmsil olunacaq.

Reytinq xarakterli yarışda baş məşqçi Saypulla Absəidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Georgi Edişeraşvili (57 kq), Əli Rəhimzadə (65 kq), Murtuzəli Müslimov, Gitinoməhəmməd Hacıyev (hər ikisi – 70 kq), Mahal Novruzov (74 kq), Əbubəkr Abakarov (79 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (86 kq), Şamil Zubairov (92 kq) və Aslanbəy Alborov (97 kq) xalça üzərinə çıxacaq.

Görüşü idarə edənlər arasında olimpiya dərəcəli hakimlərimiz Hicran Şərifov və İntiqam Alıyev yer alacaqlar.

Həmin kateqoriyadan