Sərbəst güləş millimiz Vladiqafqazda beynəlxalq yarışda iştirak edəcək

18-19 noyabrda Rusiya Federasiyasının Vladiqafqaz şəhərində sərbəst güləş üzrə “Alans” beynəlxalq turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Firdovsi Umudov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi ilə şimala yığma komandamızın 8 üzvü yollananacaq.

Heyətdə Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi – 57 kq), Ağahüseyn Mustafayev (65 kq), Məhəmməd Müslümov, Ruslan Dibirhacıyev (70 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov və Aslanbəy Alborov (97 kq) yer alıblar.

I-S kateqoriyalı hakim Hicran Şərifov Dünya Güləş Birliyi tərəfindən hakim-instruktor təyin edilib və  turnirin gedişinə nəzarət edəcək. Görüşlərin idarə edilməsində isə ölkəmizi 2-ci dərəcəli beynəlxalq hakim Zaur Şərifov təmsil edəcək.

Həmin kateqoriyadan